Pentaqon İrana qarşı əməliyyat zamanı indiyədək təxminən 140 ABŞ hərbçisinin yaralandığını təsdiqləyib.
"Report"un "Reuters" agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ Müharibə Nazirliyinin (Pentaqon) bəyanatında deyilir.
"Epik qəzəb" əməliyyatının başlanğıcından bəri 10 günlük fasiləsiz hücumlar nəticəsində təxminən 140 ABŞ hərbçisi yaralanıb", – agentlik Pentaqonun mətbuat katibi Şon Parnellin sözlərindən sitat gətirib.
Məlumata əsasən, xəsarət alanlardan 108-i artıq xidmət yerinə qayıdıb, 8 nəfərin vəziyyəti isə ağırdır.
Daha əvvl agentlik 150 hərbçinin yarealandığı barədə məlumat yaymışdı.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İranın ən böyük şəhərləri, o cümlədən Tehran zərbələrə məruz qalıb. Ağ Evdə hücumu Tehrandan gələn raket və nüvə təhdidləri ilə əsaslandırıblar. SEPAH İsraildəki obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı başlatdığını açıqlayıb. ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb. İrana endirilən zərbələr nəticəsində ali dini lider ayətullah Əli Xamenei öldürülüb.