Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
"Report" xəbər verir ki, buraxılışda araşdırmaçı fotoqraf Mirnaib Həsənoğlu Azərbaycanın İrəvan, Gəncə, Şəki, Təbriz silah məktəbləri, türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi haqqında danışıb.
O bildirib ki, ta qədimdən Azərbaycan və türk silah məktəbləri olub. O zamanlar silah türk döyüşçünün sürətinə uyğun seçilirdi. Türk döyüş fəlsəfəsində ağır zireh yox, çeviklik birinci idi.
M.Həsənoğlu döyüş baltaları və əyri qılıncların gizli fəlsəfəsi, atın ayaqlarını kəsmək üçün hazırlanmış xəncərlər, döyüşçülərin 10 kiloqramlıq zirehi necə daşımasından söz açıb, eləcə də ox və odlu silahların döyüş taktikasını dəyişməsi, hər kişinin belində xəncərin olması və s. məsələlərə aydınlıq gətirib.
Daha ətraflı linkdə:
Qərbi Azərbaycan Xronikası: Döyüş baltaları və əyri qılıncların gizli fəlsəfəsi olub
