Türkiyənin ən böyük sənaye müəssisəsi və Avropanın aparıcı neft emalı şirkətlərindən biri olan "TÜPRAŞ"ın İzmitdəki neft emalı zavodunda partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.
Partlayışın səbəbi və digər məlumatlar açıqlanmayıb.