IMG-LOGO

Cənubi Muğan kanalına suyun verilişi müvəqqəti dayandırılıb

29 Jan 2026 22:59 2 baxış
IMG

Cənubi Muğan kanalına suyun verilməsi müvəqqəti olaraq dayandırılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, buna səbəb Bəhramtəpə Hidroqovşağında aparılan təmir-bərpa işləridir.

Kanala suyun verilişinin 10–12 gün müddətində bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, Cənubi Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometr olan kanal İmişli, Biləsuvar və Cəlilabad rayonlarında istifadə olunur.

Xəbər lenti