IMG-LOGO

Cəlilabadda su itkisinin azaldılması üçün Muğan kanalının bir hissəsi beton üzlüyə alınıb

29 Jan 2026 21:48 2 baxış
IMG

Cəlilabad rayonunda su itkisinin azaldılması və suvarma sisteminin səmərəliliyinin artırılması məqsədilə Muğan kanalının bir hissəsi beton üzlüyə alınıb.

Bu barədə "Report"un Muğan bürosuna Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, torpaq məcralı Muğan kanalının su götürən hissəsində mərhələli şəkildə betonlama işləri aparılır. Əvvəlki illərdə kanalın 3 500 metrlik hissəsi betonlanıb. Hazırda isə əlavə 1 500 metr sahədə görülən işlər tam yekunlaşıb.

Qurumdan əlavə olunub ki, həyata keçirilən betonlama işləri nəticəsində su sızmalarının qarşısı alınacaq, su itkisi minimuma enəcək və əkin sahələrinin suvarılması daha dayanıqlı şəkildə təmin olunacaq.

Qeyd edək ki, Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisində 11 305 hektar suvarılan torpaq sahəsinə xidmət göstərir. Suvarma suyu ümumilikdə uzunluğu 376 kilometrə yaxın olan kanallar şəbəkəsi vasitəsilə sahələrə çatdırılır.

Xəbər lenti