IMG-LOGO

Uşakov: ABŞ Əbu-Dabidə keçiriləcək Rusiya-Ukrayna danışıqlarına qatılmayacaq

29 Jan 2026 20:18 3 baxış
IMG

ABŞ-nin danışıqlar qrupu Vaşinqton və Kiyev arasındakı razılaşmaya əsasən Əbu-Dabidə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə başa çatması üzrə növbəti danışıqlarda iştirak etməyəcək.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov "Birinci kanala" müsahibəsində bildirib.

Uşakov ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin Əbu-Dabiyə getməyəcəyi ilə bağlı suala belə cavab verib:

"Amerika və ukraynalılar bununla bağlı öz aralarında razılaşıblar. Məqsəd daha aşağı səviyyədə ikitərəfli əlaqə qurmaqdır".

Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna arasında ilk danışıqlar ötən həftə, yanvarın 23-24-də BƏƏ paytaxtında keçirilib.

Xəbər lenti