IMG-LOGO

Emi Karlon Azərbaycanın yerli yəhudi icmasının üzvləri ilə görüşüb

29 Jan 2026 19:10 5 baxış
IMG

Azərbaycanın şimal bölgəsinə ilk səfəri çərçivəsində ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Qırmızı Qəsəbəyə səfər edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi paylaşım edib.

Qeyd olunub ki, səfər zamanı E.Karlon Azərbaycanın yerli yəhudi icmasının üzvləri ilə görüşüb, tarixi Altı Günbəz sinaqoqunu və Dağ Yəhudiləri Muzeyini ziyarət edib.

"ABŞ Azərbaycanın yəhudi icmasına göstərdiyi hörməti və dini müxtəlifliyə sadiqliyini yüksək qiymətləndirir", - paylaşımda bildirilib.

Xəbər lenti