Türkiyənin İstanbul Şəhər Jandarma Komandanlığına məxsus və məhbusların daşınması üçün nəzərdə tutulmuş avtobusun aşması nəticəsində 19 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə İstanbul valiliyinin "X" hesabında məlumat yayılıb.
Bildirilib ki, 12 məhkum, 6 jandarm və 1 sürücü yaralanıb.
Jandarmlardan ikisinin vəziyyəti ağırdır.
18:54
Türkiyənin İstanbul Şəhər Jandarma Komandanlığına məxsus və məhbusların daşınması üçün nəzərdə tutulmuş avtobus naməlum səbəbdən aşıb.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, avtobusda sürücü ilə yanaşı, 12 məhbus, 4 jandarma əməkdaşı olub.
Qəza nəticəsində ikisi ağır olmaqla 10 nəfər xəsarət alıb. Ağır yaralılardan birinin jandarma əməkdaşı, digərinin isə məhbus olduğu bildirilib. Digər 8 yaralıdan 4-ü jandarma əməkdaşı, 4-ü isə məhbusdur.
Hadisənin səbəbi araşdırılır.