Azərbaycanda ötən il ərzində təmin olunmuş 2 588 istehlakçı müraciəti əsasında ümumilikdə 382 min 915 manat vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılara qaytarılıb.
"Report" bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, Dövlət Agentliyinin istehlakçıların hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi intensiv tədbirlər bazar iştirakçıları arasında hüquqi məsuliyyətin artırılmasına, xüsusilə istehlakçıların pozulmuş hüquqlarının bərpası istiqamətində real nəticələrin əldə olunmasına xidmət edir.