2025-ci ildə Azərbaycanda icbari sığorta növlərinin hesabına 365,811 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 7 % çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 146,571 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 4,9 % çoxdur.
Beləliklə, 12 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 40,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 40,9 manat olub.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 504,709 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2024-cü ilə nisbətən 11,2 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 920,395 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 22,3 % çoxdur.
Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,2 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 55,6 manat olub.