IMG-LOGO

Bakı metrosunun iki xəttində intervalda 20 dəqiqəyədək yubanmalar var - YENİLƏNİB

29 Jan 2026 17:46 3 baxış
IMG

Hazırda Bakı metrosunun "Yaşıl" və "Qırmızı xətlər"də intervalda 20 dəqiqəyədək yubanmalar müşahidə olunur.

Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və "Nərimanov" elektrik deposuna yola salınıb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb. İntervallar qısa müddətdə bərpa olunacaq.

Bənövşəyi xətdə və "Cəfər Cabbarlı-Xətai", "Həzi Aslanov-Əhmədli" mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.

17:33

Saat 17:03 radələrində Bakı metrosunun "Nərimanov" stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır.

Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən Bakı metrosunun "Qırmızı" və "Yaşıl xətlər"ində qatarların hərəkətində gecikmələr var.

Xəbər lenti