IMG-LOGO

Danimarka kralı fevralda Qrenlandiyaya səfər edəcək

29 Jan 2026 17:57 3 baxış
IMG

Danimarka kralı X Frederik fevralın 18-dən 20-dək Qrenlandiyaya səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə kral Danimarkanın "TV2" telekanalına bildirib.

O, adaya səfər etməyi səbirsizliklə gözlədiyini qeyd edib, "çünki qrenlandiyalıların ABŞ ilə bağlı vəziyyətdən narahat olduqlarını hiss edir".

"Qrenlandiyalıların əhval-ruhiyyəsini qaldırmaq lazımdır", - kral əlavə edib.

Xəbər lenti