Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) tarixində ilk dəfə olaraq təhlükəsizliyi gücləndirməyə, iqtisadiyyatın rəqabət qabiliyyətini artırmağa və artan mobillik və geosiyasi çağırışlara uyğunlaşmağa yönəlmiş viza siyasəti strategiyasını təqdim edib.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında AK-nın vitse-prezidenti Henna Virkkunen bildirib.
"Strategiya ilkin təhlükəsizlik nəzarətini gücləndirərək Avropanı daha təhlükəsiz, istedadlar və investorlar üçün daha cəlbedici və viza prosedurlarını müasirləşdirməklə daha səmərəli etməyi hədəfləyir",- o bildirib.
Virkkunen AK-nın strategiyanı Aİ-yə üzv dövlətlərlə sıx əməkdaşlıq şəraitində hazırladığını vurğulayıb.