IMG-LOGO

Azərbaycan Basketbol Liqasında XV tura start verilib

29 Jan 2026 16:53 3 baxış
IMG

Azərbaycan Basketbol Liqasında XV tura start verilib.

"Report"un məlumatına görə, turun ilk matçında "Lənkəran" "Ordu"nu qəbul edib.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 103:63

Xallarının sayını 29-a çatdıran "Ordu" B qrupunda liderdir. Meydan sahibləri 19 xalla sonuncu - altıncıdır.

Bu gün, saat 20:00-da Azərbaycan Basketbol Liqasında XI turdan təxirə salınmış NTD - "Gəncə" görüşü keçiriləcək.

Qeyd edək ki, XV tura fevralın 1-də yekun vurulacaq.

Xəbər lenti