Avropa Komissiyası (AK) cümə axşamı, yanvarın 29-da "Rusiyanın müharibəsinin maliyyələşdirilməsini dayandırmaq: Rusiyadan Aİ-yə zərərli və faydasız idxaldan mərhələli şəkildə imtina etmək" adlı Avropa vətəndaş təşəbbüsünü qeydə alıb.
Bu barədə "Report"un Avropa bürosu AK-ya istinadən xəbər verir.
Təşəbbüs "Rusiya və Belarusdan qalan idxal asılılığını sektorial qadağalar və ya qəti mərhələli imtina yolu ilə dərhal dayandırmaq üçün tədbirlər görməyi" nəzərdə tutur.
Məqsəd Aİ-dən Rusiyaya maliyyə vəsaitlərinin axınını dayandırmaq, kritik təchizat zəncirlərində struktur zəiflikləri aradan qaldırmaq və razılaşdırılmış ticarət siyasətini gücləndirməkdir.
Komissiya təşəbbüs barədə qərarı yalnız Aİ vətəndaşlarından ən azı 1 milyon imza toplanarsa qəbul edəcək.