IMG-LOGO

Boks millisinin iki üzvü zədə səbəbindən Azərbaycan çempionatına qatıla bilməyiblər

29 Jan 2026 15:42 3 baxış
IMG

Boks üzrə Azərbaycan millisinin iki əsas üzvü zədə səbəbindən ölkə çempionatında iştirak edə bilməyiblər.

Bunu "Report"a açıqlamasında qadın boksçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlkin Ağayev deyib.

O, iki gün əvvəl başa çatan ölkə çempionatını dəyərəndirib:

"Maraqlı görüşlərə şahidlik etdik. 16 boksçu 4 çəki dərəcəsində mübarizə aparırdı. Yığmanın əsas heyət üzvlərindən Aynur Mikayılova və Zeynəb Rəhimova zədəli olduqlarından yarışı buraxmaq məcburiyyətində qaldılar. Favorit hesab olunan idmançılar yarışı qalib başa vurdular. Perspektivli boksçulara da rast gəlmək mümkün idi. Gənc boksçulardan 2 nəfər var ki, gələcək vəd edirlər. Onlar öz üzərilərində işləyib, gələcəkdə yığma üçün faydalı ola bilərlər. Qalib gələn idmançıları təbrik edirəm. Onlardan beynəlxalq turnirlərdə də Azərbaycanı layiqincə təmsil etmələrini gözləyirik".

Qeyd edək ki, Cəmilə Sultanlı (Sumqayıt, 51 kq), Lalə Mədətova (55 kq), Emili Rzayeva ("Neftçi" İK, 60 kq) və Fatimə Mehdiyeva (Gəncə, 65 kq) Azərbaycan çempionu olublar.

Xəbər lenti