IMG-LOGO

Azərbaycanda hotellər üçün minimum qiymət müəyyən edilməsi təklif olunur

29 Jan 2026 15:48 3 baxış
IMG

Azərbaycanda hotel sənayesində qiymətlərin süni şəkildə aşağı salınması bazarda qeyri-sağlam rəqabət mühiti yaradır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd olunub.

Bildirilib ki, bəzi hallarda hotellər müştəri cəlb etmək üçün çox aşağı tariflər tətbiq edir ki, bu da gəlirliliyin azalmasına və xidmət standartlarının zəifləməsinə gətirib çıxarır. Nəticədə sektorun ümumi inkişafı və dayanıqlılığı risk altına düşür.

Bu səbəbdən orta gündəlik tarif üzrə minimum qiymət həddinin tətbiqi tövsiyə olunur. Hesab edilir ki, bu mexanizm xidmət keyfiyyətinin qorunmasına, ədalətli rəqabətin təmin edilməsinə və qonaq məmnuniyyətinin artmasına müsbət təsir göstərəcək.

Xəbər lenti