IMG-LOGO

Paşinyan: Ermənistanın əvvəlki təhlükəsizlik konsepsiyası qeyri-effektiv və səmərəsiz olub

29 Jan 2026 15:57 3 baxış
IMG

Ermənistanın təhlükəsizlik konsepsiyası iqtisadi qarşılıqlı asılılığa əsaslanmalıdır.

"Report"un məlumatına görə, bunu jurnalistlərə Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.

O vurğulayıb ki, əvvəlki təhlükəsizlik modelləri 2020-ci ildən 2023-cü ilə qədər olan dövrdə öz səmərəsizliklərini sübut ediblər:

"İndi Ermənistana yeni növ zəmanətlər lazımdır. Bu və ya digər ölkənin ərazisindən əhəmiyyətli beynəlxalq ticarət və enerji axınları keçən zaman böyük dövlətlər, eləcə də bazarlar bu axınların keçdiyi regionların sabitliyi və sülhündə maraqlı olurlar".

Onun fikrincə, belə "iqtisadi əlaqə" digər ənənəvi mexanizmlərdən daha etibarlı sabitlik təminatçısıdır.

Xəbər lenti