İmişli rayonunun Hacıalmuradlı kənd orta məktəbinin şagirdinin direktor tərəfindən zorakılığa məruz qaldığı iddia olunur.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma aparılır:
"Şagirdə qarşı uyğunsuz davranışa yola verən şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi nəzarətə götürülüb. Yayılan görüntü ilə bağlı aparılan araşdırmanın gedişində hadisənin bütün detalları dəqiqləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək.
Media nümayəndələrini proses yekunlaşana qədər yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq".
Sizin brauzer video tagını dəstəkləmir. İmişli direktor Hacıalmuradlı Mil-Muğan Regional Təhsil idarəsi