IMG-LOGO

Rusiya və Ukrayna bu il ilk dəfə meyit mübadiləsi aparıblar

29 Jan 2026 14:27 3 baxış
IMG

Rusiya və Ukrayna ölən hərbçilərin meyitlərinin mübadiləsini aparıblar.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV ölkənin Dövlət Dumasının deputatı Şamsail Saraliyevə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi 1 000, Ukrayna isə 38 həlak olmuş əsgərin meyitini təhvil verib.

Sonuncu dəfə tərəflər 2025-ci il dekabrın 19-da meyitlərin mübadiləsini həyata keçirmişdi - Rusiya 1 003, Ukrayna isə 26 meyiti təhvil vermişdi.

Xəbər lenti