Qəbələdə alkoqollu və alkoqolsuz içkilərin istehsalı zavodunun tikintisi ilə rəqabətqabiliyyətli məhsulların istehsalı və idxaldan asılılığın azalması müzakirə edilib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, "Gabala Beverage Company" şirkətinin təsisçisi Sezar Çöçelli ilə görüşdə şirkətlə əməkdaşlıq məsələlərini və biznes təşəbbüslərini müzakirə edilib.
"Regionlara investisiyaların cəlb edilməsini, Qəbələdə alkoqollu və alkoqolsuz içkilərin istehsalı zavodunun tikintisi üzrə görülən işləri, layihənin məşğulluğun təşviqi, rəqabətqabiliyyətli məhsulların istehsalı və idxaldan asılılığın azalması baxımından perspektivlərini qeyd etdik", - deyə M. Cabbarov bildirib.