IMG-LOGO

Masallıda üçəm dünyaya gəlib

29 Jan 2026 14:43 2 baxış
IMG

Masallı Rayon Mərkəzi Xəstəxanasında üçəm doğulub.

TƏBİB-dən "Report"a verilən məlumata görə, tibb müəssisəsinə müraciət edən 1996-cı il təvəllüdlü hamilə qadın yanvarın 24-də Doğum və ginekologiya şöbəsinə yerləşdirilib.

Qeyd olunub ki, pasiyent üzərində qeysəriyyə əməliyyatı icra olunub. Üçəm oğlan körpələrinin çəkiləri müvafiq olaraq 2, 2.5 və 2.3 kq., boyları isə 48, 48 və 47 sm. olub.

Hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan övladı olub.

Xəbər lenti