IMG-LOGO

Əsədin ekstradisiyası Putin və Əş-Şaraanın danışıqlarında müzakirə olunmayıb

29 Jan 2026 14:54 2 baxış
IMG

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ekstradisiyası Rusiya Prezidenti Vladimir Putinin suriyalı həmkarı Əhməd Əş-Şaraa ilə danışıqlarında qaldırılmayıb.

"Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

O, görüşdə əsas diqqətin ikitərəfli ticari-iqtisadi münasibətlərə və onların inkişafına yönəldiyini deyib.

"Potensial kifayət qədər genişdir və maraq qarşılıqlıdır". – Peskov bildirib.

"Rusiya hərbi bazalarına gəlincə, bu mövzu danışıqların gündəliyində olub", - deyə Peskov təfərrüatları açıqlamaqdan imtina edib.

Xəbər lenti