IMG-LOGO

"AmCham": Hotellər üçün avadanlıqların idxalında gömrük rüsumları ləğv edilməlidir

29 Jan 2026 15:01 2 baxış
IMG

Azərbaycanda hotellərin maddi-texniki bazasının yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə əməliyyat təchizatları, mebel və interyer avadanlıqlarının idxalında gömrük rüsumlarının ləğvi təklif olunur.

"Report" xəbər verir ki, bu təklif Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd olunub.

Sənəddə bildirilir ki, hazırda OS&E (əməliyyat təchizatları və avadanlıqları) və FF&E (mebel, interyer və avadanlıqlar) kateqoriyasına aid malların idxalı zamanı tətbiq edilən gömrük rüsumları hotel sahibləri üçün əlavə maliyyə yükü yaradır və modernləşmə prosesini ləngidir. Bu xərclər son nəticədə həm xidmət keyfiyyətinə, həm də qonaq təcrübəsinə mənfi təsir göstərir.

Hesabatda vurğulanır ki, sözügedən rüsumların ləğvi hotel sektorunun inkişafını sürətləndirə, investisiya mühitini yaxşılaşdıra və beynəlxalq investorların Azərbaycanın turizm bazarına marağını artıra bilər.

Xəbər lenti