IMG-LOGO

Cənubi Koreyanın ticarət naziri Vaşinqtona gedib

29 Jan 2026 13:22 2 baxış
IMG

Cənubi Koreyanın sənaye naziri Kim Çonq Kvan ABŞ-nin ticarət naziri Hovard Latniklə görüşmək üçün bu ölkədə səfərdədir.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.

Səfərin məqsədi Ağ Evin rəhbəri Donald Trampın Cənubi Koreya mallarına rüsumların artırılacağı təhdidləri fonunda ticarət məsələlərinin müzakirəsidir.

Koreyalı nazir qeyd edib ki, ABŞ-ni yaranmış vəziyyətin əlverişli həllinə çağırmağa və Cənubi Koreyanın ticarət sazişinin şərtlərinə əməl etmək üçün əvvəllər atdığı addımları müzakirə etməyə ümidvardır.

Onun sözlərinə görə, Seul həll edilməmiş ticarət məsələlərinin tənzimlənməsi və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığa nail olunması üçün yerli sənaye şirkətləri və dövlət qurumları ilə sıx əməkdaşlığa hazırdır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Cənubi Koreyadan idxal edilən mallara rüsumların 15 %-dən 25 %-ə qaldırılacağını elan edib. Buna səbəb respublika parlamentinin 2025-ci ilin iyul ayının sonunda Prezident Li Çje Myonla razılaşdırılmış ticarət sazişini ratifikasiya etməməsidir.

Öz növbəsində, Cənubi Koreyada bildiriblər ki, ölkənin hakim "Toburo" partiyası parlamentin xüsusi "Ticarət sazişi haqqında" qanun qəbul etməsi yolu ilə 2026-cı ilin fevral ayının sonuna qədər ABŞ ilə ticarət sazişini təsdiq etmək niyyətindədir.

Xəbər lenti