Avropa İttifaqı (Aİ) Rusiyanı çirkli pulların yuyulması ilə məşğul olan ölkələr siyahısına daxil etməyi planlaşdırır.
"Report"un məlumatına görə, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ XİN başçılarının görüşünə gəlişi zamanı bildirib.
Onun sözlərinə görə, Aİ XİN başçıları bu məsələni bu gün Brüsseldə keçiriləcək görüşdə müzakirə etmək niyyətindədirlər.
"Nazirlər bu gün Rusiyanı çirkli pulların yuyulmasına görə "qara siyahı"ya salmaq niyyətindədirlər. Çünki bu ölkə Ukraynada hərbi əməliyyatları maliyyələşdirir", - K.Kallas bildirib.