IMG-LOGO

Soyuq ayaqlarınız sizi yatmağa qoymur: bunu yorğanın altına qoyun

29 Jan 2026 12:41 3 baxış
IMG
0 0

Bir çox insan bu narahatlığı yaxşı tanıyır: yatmağa uzanırsınız, amma ayaqlarınız üşüyür və yuxuya getmək demək olar ki, mümkün olmur. Orqanizm soyuğu hiss edir, bədən temperaturu aşağı düşür, nəticədə yuxu səthi və tez-tez bölünən hala çevrilir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qış gecələrində daim soyuq ayaqlardan əziyyət çəkənlər üçün isə çox sadə, amma təsirli bir üsul var. Sirlərdən biri odur ki, yorğanın altına istiliyi bir neçə saat saxlayan kiçik, isti bir əşya qoyulur.

Bu məqsədlə aşağıdakılardan istifadə etmək olar: isti su ilə doldurulmuş balaca butulka, elektrik qızdırıcısı (qrelka), yatmazdan əvvəl qızdırılmış taxıl və ya duz dolu kisəcik.

Bu üsul necə təsir edir?

Ayaqlar isinən kimi orqanizm bunu “rahatlıq siqnalı” kimi qəbul edir. Qan dövranı yaxşılaşır, bədən daha tez boşalır və yuxuya getmək asanlaşır. Araşdırmalar da göstərir ki, ayaqların isidilməsi yuxuya getmə müddətini qısaldır və yuxunun keyfiyyətini artırır, xüsusilə soyuq mövsümlərdə.

Daha effektiv olması üçün vacib qaydalar

Bu sadə hiylənin maksimum nəticə verməsi üçün aşağıdakı məsləhətlərə əməl etmək tövsiyə olunur:

İsti əşya mütləq xoş istilik verməlidir, yandıracaq qədər isti olmamalıdır. Ən yaxşısı bədənə rahat gələn temperaturdur.

Əşyanı yorğanın altında ayaq barmaqları və ya topuq səviyyəsində yerləşdirin. İstilik yuxarı qalxdığı üçün bədəni yumşaq şəkildə isidir.

Təhlükəsizliyə diqqət edin: elektrik grelkası istifadə edirsinizsə, izolyasiyasını yoxlayın və avtomatik sönmə funksiyasının olmasına əmin olun.

Daha yaxşı effekt üçün yun və ya pambıq tərkibli isti corab geyinmək məsləhətdir. Bu, istiliyi saxlayır və üsulun təsirini gücləndirir.

Bu sadə həyat hiyləsi ən soyuq gecələrdə belə kömək edir: bir neçə dəqiqədən sonra ayaqlar isinməyə başlayır, yuxuya getmək asanlaşır, yuxu daha dərin olur və səhər oyanmaq daha rahat keçir. Bu üsuldan mütəmadi istifadə edənlər yuxularının daha stabil olduğunu, gecə oyanmalarının azaldığını və ümumi özlərini daha yaxşı hiss etdiklərini bildirirlər.

soyuq yorğan üşümək

Xəbər lenti