IMG-LOGO

AKBA: "Yaşıl istiqraz"lar və ESG alətləri üzrə bazarın perspektivi böyükdür

29 Jan 2026 12:42 4 baxış
IMG

Azərbaycanda "yaşıl istiqraz"lar və ESG alətləri üzrə bazarın perspektivi çox böyükdür. Bunu "Report"a açıqlamasında "Azərbaycan Kapital Bazarları Assosiasiyası" (AKBA) İctimai Birliyinin Direktorlar Şurasının sədri Orxan Bağırov bildirib. Onun sözlərinə görə, Azərbaycan növbəti onilliklərdə özünü həm enerji infrastrukturunun keçirici mərkəzi kimi görür, həm də vətənimizdə kifayət qədər "yaşıl enerji" ilə bağlı böyük potensial var: "​Biz burada geniş FDI-lar (Foreign Direct Investment) görürük, hansı ki, bizim yenilənə bilən enerji sektoruna yönəlib. Hələ ki, bu xarici investorlar və birbaşa investisiyalar vasitəsilə baş verir. Amma biz yaxın gələcəkdə gözləyirik ki, kapital bazarları üzərindən də bu layihələrin maliyyələşdirilməsi baş versin".

Xəbər lenti