Lebron Ceyms NBA tarixində yeni rekorda imza atıb.
"Report" xəbər verir ki, "Los-Anceles Leykers" klubunun hücumçusu müntəzəm çempionatda 60 min dəqiqə meydanda olmaqla dünya basketbolunda yeni rekord müəyyənləşdirib.
Əlamətdar hadisə "Klivlend"lə keçirilən qarşılaşmada qeydə alınıb.
41 yaşlı basketbolçu NBA tarixində bu göstəriciyə çatan ilk oyunçu ünvanını qazanıb. O, daha əvvəl əfsanəvi Kərim Əbdül-Cabbarın (57 min 446 dəqiqə) rekordunu qırmışdı.
Qeyd edək ki, "Los-Anceles Leykers" "Klivlend"ə 99:129 hesabı ilə uduzub.