IMG-LOGO

Azərbaycanda istiqrazların məsafədən ticarəti mümkün olacaq

29 Jan 2026 12:49 5 baxış
IMG

"Bakı Fond Birjası" QSC (BFB) bu il məsafədən istiqrazların ticarəti funksionallığının istifadəyə verilməsini planlaşdırır:.

Bunu "Report"a açıqlamasında BFB-nin İdarə Heyətinin üzvü Oqtay Qasımov bildirib.

"İnvestor marağını artırmaq üçün daha çox əlçatanlığı artırmaq lazımdır. Biz istiqraz bazarının əlçatanlığını artırmaq üçün müvafiq texnoloji platformamızda təkmilləşdirmə aparırıq ki, səhmlər kimi istiqrazların da məsafədən ticarəti mümkün olsun və bu il ərzində bu funksionallığı bazara verməyi planlaşdırırıq", - deyə o qeyd edib.

Xəbər lenti