2025-ci ildə Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən yerli büdcəyə 1 milyon 667,4 min manat vəsait daxil olub.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən il muxtar respublikada 98 dövlət əmlakı özəlləşdirilib, bundan büdcəyə daxilolmalar 1 milyon 200 min manat təşkil edib ki, bunun da 962,9 min manatı yerli büdcəyə ödənilib.
Bundan başqa, hesabat dövründə 259 yeni icarə müqaviləsi bağlanıb, 208 müqavilənin müddəti uzadılıb. Bundan isə yerli büdcəyə 704,5 min manat ödənilib. 2024-cü illə müqayisədə yeni icarə müqavilələrinin sayı 76,2 %, müddəti uzadılmış müqavilələrin sayı 21,6 %, icarədən büdcəyə daxilolmalar isə 30,9 % artıb.