IMG-LOGO

Bakı Karton və Qutu Fabrikində istifadə edilən xammal Rusiya və Gürcüstandan gətirilir

29 Jan 2026 11:46 4 baxış
IMG

"Bakı Karton və Qutu Fabriki" MMC-də istehsal prosesində istifadə olunan xammal Rusiya Federasiyası və Gürcüstan Respublikasından idxal olunur.

"Report"un Sumqayıt bürosunun məlumatına görə, bunu MMC-nin rəhbəri Kamran Salmanlı fabrikə mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, xammalın bu ölkələrdən gətirilməsi istehsalın fasiləsiz və keyfiyyətli şəkildə həyata keçirilməsinə imkan yaradır.

K.Salmanlı Bakı Karton və Qutu Fabrikinin nəzdində ikin olaraq Kağız Emalı Fabrikinin tikintisinin də nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, bu layihə yerli istehsalın genişləndirilməsi və xammaldan daha səmərəli istifadə baxımından mühüm əhəmiyyət daşıyır.

O əlavə edib ki, gələn həftədən etibarən müəssisənin məhsullarının Gürcüstan Respublikasına ixracına başlanılacaq. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının iki şirkəti ilə müqavilələr imzalanıb, hazırda isə əməkdaşlığın genişləndirilməsi istiqamətində danışıqlar aparılır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında "Bakı Karton və Qutu Fabriki" MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılışında iştirak edib.

Xəbər lenti