IMG-LOGO

Naxçıvanda ötən il 11 minə yaxın daşınmaz əmlak dövlət qeydiyyatına alınıb

29 Jan 2026 11:49 4 baxış
IMG

2025-ci ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 10 601 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alıb.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Məlumata görə, mülkiyyət hüquqları qeydiyyata alınmış əmlaklardan 4664-ü torpaq sahəsi, 4 003-ü fərdi yaşayış və bağ evi, 1 423-ü mənzil, 470-i qeyri-yaşayış və qeyri-yaşayış binası, 41-i əmlak kompleksidir.

Ötən il daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 2,4 milyon manat xidmət haqqı və 1,1 milyon manata yaxın dövlət rüsumu toplanılıb.

Hesabat dövründə muxtar respublikada elektron xidmətlərlə bağlı müraciətlərin sayı 14,2 % artaraq 7 410-a çatıb, 531 yerquruluşu planı hazırlanıb, 111 xəritə və plan tərtib edilib, 81 hərrac keçirilib, keçirilmiş hərraclardan və müsabiqədən 21,6 min manat xidmət haqqı daxil olub.

Xəbər lenti