IMG-LOGO

"Aqro-Vest DC" Rusiyanın "NP Konfil" şirkətinin rəsmi distribüteri oldu

29 Jan 2026 11:57 4 baxış
IMG

Azərbaycana məxsus "Aqro-Vest DC" MMC bu ilin əvvəlindən Rusiyanın qənnadı sahəsində tanınmış müəssisələrindən olan "NP Konfil" ASC ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Müqaviləyə əsasən, "Aqro-Vest DC" şirkəti ölkəmizdə "NP Konfil"in rəsmi distribüterliyini həyata keçirəcək.

ASC müxtəlif seqmentlər üzrə məhsullar istehsal edir. Bura konfet-karamellər, şokoladlar, vaflilər, vafli-tortlar, zefir-marmeladlar, şokolad qlazurunda meyvələr, hədiyyəlik qutu və suvenirlər və s. daxildir.

Şirkətin top məhsullarına "Варенька", "Васятка", "Варенька шоколадная", "Кристаллик", "Ясный месяц", "Отражение кокосик", "Мандарин", "Лимониада карамельная", "Маестро-виртуоз" və sair tanınmış çeşidlər daxildir.

Bu əməkdaşlıq yerli bazarda şirniyyat çeşidinin genişlənməsinə və satış həcminin artmasına töhfə verəcək.

Adıçəkilən ASC-nin əsası 1887-ci ildə "Lapşin və Ko." şirniyyat və zəncəfilli çörək müəssisəsi kimi qoyulub.

Hazırda "NP "Konfil" qənnadı fabriki Rusiyanın aşağı Volqa bölgəsindəki ən böyük qənnadı şirkəti olmaqla, illik satış həcmi təxminən 10.000 tondur və portfeli 300-dən çox qənnadı məhsulundan ibarətdir.

Xəbər lenti