"Qeyri-yaşayış təyinatlı bəzi tikili obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin fərmanının icra müddəti başa çatıb və bundan sonra yeni müraciətlər qəbul edilməyəcək.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə heyətinin sədri Nigar Alimova mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 14 iyun 2023-cü il tarixli 2149 nömrəli fərman çərçivəsində sahibkarlara və vətəndaşlara qeyri-yaşayış təyinatlı tikililərin istismarına icazə verilməsi və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün müəyyən müddət ərzində imkan yaradılmışdı.
Sədr bildirib ki, fərmanın qüvvədə olma müddəti bu il başa çatıb və artıq həmin mexanizm üzrə müraciətlər qeydə alınmır.
N.Almova əlavə edib ki, fərmanın müddətinin uzadılması da nəzərdə tutulmur.