2025-ci ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 468 mənşə sertifikatı verib.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə, bu, 2024-cü illə müqayisədə 30 % çoxdur.
Nazir qeyd edib ki, ötən il muxtar respublikada istehsal edilən məhsullar Amerika Birləşmiş Ştatları, Türkiyə, Çin, Rusiya, İran, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Suriya, Qırğızıstan, Tacikistan və digər ölkələrə ixrac olunub, il ərzində ixracın təşviqi və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə ölkə daxilində və xaricdə keçirilən 18 beynəlxalq tədbirdə 146 sahibkar iştirak edib, 20 şirkətin məhsulları 7 beynəlxalq sərgidə nümayiş olunub.