IMG-LOGO

Tailandda təyyarə qəzaya uğrayıb, ölənlər var

29 Jan 2026 09:39 3 baxış
IMG

Tailandın Çianqmay əyalətinin Çom Thonq bölgəsində "AT-6" hərbi təyyarəsi qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə CCTV telekanalı məlumat yayıb.

Qəza nəticəsində iki nəfər ölüb.

Hadisə yerli vaxtla səhər təxminən saat 10:30-da təyyarənin təlim uçuşu yerinə yetirdiyi zaman baş verib.

İnsidentin səbəbləri araşdırılır.

Xəbər lenti