IMG-LOGO

BFB: Kiçik emitentlər üçün listinq tələbinin sadələşdirilməsi gündəmdədir

29 Jan 2026 09:46 3 baxış
IMG

Azərbaycanda kiçik emitentlər üçün listinq tələbinin sadələşdirilməsi gündəmdədir.

Bunu "Report"a açıqlamasında "Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə Heyətinin üzvü Oqtay Qasımov bildirib.

"Kiçik emitentlər üçün ayrıca seqment olması nəzərdə tutulur. Bu məsələ demək olar ki, təsdiq mərhələsindədir. Onun layihəsini tərtib etmişik və Azərbaycan Mərkəzi Bankı ilə ilkin danışıqlarımız olub. Onların da bununla bağlı bir tövsiyəsi olub, onu da nəzərə alacağıq", - deyə o qeyd edib.

Xəbər lenti