Son 3 ildə Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 86 milyon manat məbləğində istiqraz buraxıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev Bakıda keçirilən I İnvestor-Mikromaliyyə Forumunda bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə buraxılmış istiqrazların ümumi dəyəri 2023-cü illə müqayisədə 4 dəfəyə yaxın artıb.
Bundan başqa, F.İsayev xatırladıb ki, ötən ilin noyabr ayında AMB-nin İdarə Heyəti BOKT-larda kənar auditin aparılması tələblərini təsdiq edib və bu tələblər 22 noyabrdan qüvvəyə minib: "İnanıram ki, bu, maliyyə sektorunun tarixində mühüm mərhələ kimi qiymətləndiriləcək".