Azərbaycanda borc bazarı seqmentində mikromaliyyə təşkilatlarının üçün minimal hədd 1 milyon manatdan 500 min manata endiriləcək.
"Report" xəbər verir ki, bunu Bakı Fond Birjasının (BFB) idarə heyətinin sədrinin müavini Oqtay Qasımov 1-ci İnvestor-Mikromaliyyə Forumunda deyib.
Onun sözlərinə görə, bu, onların maliyyə resurslarına əlçatanlığını artırmaq üçün edilir: "Bu qərar yaxın zamanlarda qüvvəyə minəcək və biz bunu gündəmə gətiririk. Artıq belə bir qərar var".