IMG-LOGO

AMB: BOKT-ların filial şəbəkəsinin 62 %-i regionlardadır

29 Jan 2026 10:03 3 baxış
IMG

Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) filial şəbəkəsinin 62 %-i regionlardadır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev Bakıda keçirilən I İnvestor-Mikromaliyyə Forumunda bildirib.

Onun sözlərinə görə, BOKT-lar bu baxımdan bankları üstələyir.

Bundan başqa, AMB rəsmisi deyib ki, BOKT-ların nizamnamə fondunda xarici kapitalın payı 39 % təşkil edir.

Xatırladaq ki, Azərbaycanda 54 BOKT fəaliyyət göstərir. Mikromaliyyə sektorunu həmçinin 35 kredit ittifaqı təmsil edir.

Xəbər lenti