Çində qətl, dələduzluq və narkotik alveri ittihamlarında təqsirli bilinən 11 nəfər edam edilib.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Edam Çinin şərqindəki Cjetszyan əyalətinin Vençjou şəhərinin məhkəməsi tərəfindən Ali Xalq Məhkəməsinin təsdiqi alındıqdan sonra həyata keçirilib.