Finlandiya Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsini alqışlayıb.
“Report” xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin “X” hesabında yazılıb. “Alyans İsveçlə daha güclü olacaq”, - paylaşımda bildirilib.
Qeyd edək ki, yanvarın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib. Bundan bir gün əvvəl isə Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb. Gündəliyə daxil edilən məsələnin təsdiqi üçün səsvermədə iştirak edən deputatların səs çoxluğu kifayət edib.
İndi İsveçin NATO-ya üzvlüyü üçün ancaq Macarıstanın ratifikasiyasına ehtiyac var.
Bizim Telegram kanalımıza abunə olun