IMG-LOGO

Zəngilan sakini: Sevincli günümüzdür, çünki el-obamıza qayıdırıq

29 Jan 2026 06:45 5 baxış
IMG

Sevincli günümüzdür, çünki el-obamıza qayıdırıq.

"Report" xəbər verir ki, bunları jurnalistlərə Zəngilanın Məmmədbəyli kənd sakini Sevil Quliyeva deyib.

O, xatırladıb ki, kəndi tərk edəndə 24 yaşı vardı, bu gün yurduna 57 yaşında qayıdır:

"Həmişə deyərdik ki, gün o gün olsun, elimizə, obamıza qayıdaq. Bu gün həmin gündür. Ona görə də çox sevincliyik.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah ölkəmizi qorusun, cənab Prezidentimizə uzun ömür bəxş etsin. Uca Tanrı Ordumuzu qorusun. Həmişə sülh olsun".

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış davam etdirilir. Bu gün rayonun Məmmədbəyli kəndinə daha 26 ailə - 142 nəfər köçürüləcək.

Xəbər lenti