"Comex" birjasında (Nyu-York ticarət birjasının bölməsi) fevral ayı qızıl fyuçerslərinin bir troya unsiyasın;n qiyməti 5 350 dollardan yuxarı qalxaraq tarixi maksimumu yeniləyib.
"Report"un məlumatına görə, bunu ticarət platformasının məlumatları göstərir.
Yanvarın 29-da, Bakı vaxtı ilə saat 00:28-də qiymətli metalın bir troya unsiyasının qiyməti 5 353,08 dollar (2,22 % artım) təşkil edib.
Bakı vaxtı ilə saat 01:00-da isə qızılın qiyməti 5 382,52 dollara (2,69 % artım) çatıb.