IMG-LOGO

Venesuela parlamenti ölkədə vəziyyətin sabitliyinin pozulmasına qarşı qəti tədbirlər görəcək

26.01.2024 03:38 54 baxış
IMG

Venesuelanın Milli Assambleyası (Parlamenti) ultra sağçı müxalifətin və muzdluların ölkədəki vəziyyəti sabitləşdirmək cəhdlərinə qarşı "qətiyyətli güc tədbirləri"nin qəbul edilməsi məsələsini müzakirəyə çıxaracaq.

“Report” xəbər verir ki, bunu “Venezolana de Television” telekanalı tərəfindən yayımlanan mətbuat konfransında Milli Assambleyanın sədri Xorxe Rodriqes bildirib.

Rodriqes qeyd edib ki, Baş Prokurorluq tərəfindən aşkarlanan sui-qəsdlər "qanunverici orqanı respublikanın sülhünü təhdid edənlərə qarşı dərin, radikal qərarlar və şiddətli tədbirlər görmək üçün açıq müzakirələrə vadar edir". O, vurğulayıb ki, “bütün bu proseslərin mənşəyi 2019-2021-ci illər arasında (müxalifətin-red) planları və qətl hərəkətləridir, çünki “bütün satqınlar və fərarilər bu dövrlərdə ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Kolumbiya ordusunun kəşfiyyat xidməti tərəfinə cəlb olunub”.

“Bizdə sui-qəsdçiləri cəlb edən MKİ agentlərinin adları var”, - Rodriqes vurğulayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti