IMG-LOGO

Fransada fermerlər bu gün Parisin bütün yollarını bağlayacaqlarını bildiriblər

26.01.2024 04:02 51 baxış
IMG

Fransanın İl-de-Frans regionunun fermerləri həmkarlar ittifaqları hökumətin siyasətinə qarşı milli etiraz hərəkatı çərçivəsində yanvarın 26-da cümə günü Parisdə yol blokadası elan ediblər.

“Report” xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Qeyd edilir ki, həmkarlar ittifaqları - FDSEA, “Jeunes agriculteurs” və fermerlərin hüquqlarının müdafiəsi üzrə aparıcı təşkilatlar şəhərin bütün əsas nəqliyyat arteriyalarını bağlamağa çağırıblar.

Fermerlər bu yolla Fransanın Baş naziri Qabriel Attala təsir etmək istəyirlər. Onlar Nazirlər Kabinetinin cümə gününə planlaşdırılan açıqlamalarından əvvəl də hökumətə təzyiqi artırmağı planlaşdırırlar.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti