IMG-LOGO

Azərbaycan Yüksək Liqası: "Ordu" "Neftçi"yə, "Azərreyl" isə "Murov Az Terminal"a qalib gəlib

28 Jan 2026 20:34 3 baxış
IMG

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura start verilib.

"Report"un məlumatına görə, ilk gündə iki oyun təşkil olunub.

"Ordu" komandası "Neftçi"yə 3:1 (25:20, 20:25, 25:23, 25:22) hesabı ilə qalib gəlib.

"Azərreyl" isə"Murov Az Terminal"ı 3:0 hesabı ilə üstələyib.

Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.

Qeyd edək ki, XI tura yanvarın 29-da yekun vurulacaq.

Xəbər lenti