IMG-LOGO

Slovakiyada hökumət əleyhinə aksiyalarda on minlərlə insan iştirak edib

26.01.2024 02:28 49 baxış
IMG

Slovakiyanın 20-dən çox şəhərində 45 minə yaxın insanın iştirakı ilə hökumət əleyhinə mitinqlər keçirilib.

“Report” xəbər verir ki, bu barədə “Sme” xəbər portalı məlumat yayıb.

Etirazçılar Baş nazir Robert Fiço hökumətindən cinayət hüququ islahatlarından imtina etməyi tələb ediblər. Aksiyada habelə Nazirlər Kabinetinin istefası ilə bağlı çağırışlar olub. 2023-cü ilin sentyabrında keçirilən seçkilərdən sonra respublikada hakimiyyəti itirən parlament müxalifətinin liberal partiyaları bundan əvvəl etiraz aksiyalarına çağırmışdılar.

Slovakiyada hökumət əleyhinə mitinqlər 2023-cü ilin sonundan mütəmadi keçirilir. Buna səbəb Nazirlər Kabinetinin dekabrın 6-da xüsusi prokurorluq şöbəsinin ləğvi ilə bağlı qəbul etdiyi qərar olub.

Fiço və kabinetinin üzvləri iddia edirlər ki, xüsusi prokurorluq işlərini araşdırdığı vətəndaşların hüquqlarını pozub. Respublika rəhbərliyinin fikrincə, Bu bölmə səlahiyyətlərindən sui-istifadə edib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti