IMG-LOGO

Bayden Vaşinqtonda Yaponiyanın Baş nazirini qəbul edəcək

25.01.2024 23:16 59 baxış
IMG

ABŞ Prezidenti Cozef Bayden aprelin 10-da Vaşinqtonda Yaponiyanın Baş naziri Fumio Kişidanı qəbul edəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, liderlərin görüşündə ikitərəfli münasibətlərin əhəmiyyəti, Hind-Sakit Okean tərəfdaşları ilə əməkdaşlığı gücləndirmək səyləri ön plana çəkiləcək.

"Yaponiya ilə əməkdaşlığı necə dərinləşdirəcəyimizə, Hind-Sakit Okean regionunda bir sıra çağırış və təhdidlərə qarşı birgə işləyəcəyimizə dair fəal müzakirələr gözləyirik. Buraya, həmçinin Cənubi Koreya ilə əməkdaşlıq məsələsi də daxildir”, - C.Kirbi vurğulayıb.

Xatırladaq ki, Yaponiya Baş nazirinin ABŞ-yə əvvəlki səfəri 2023-cü ilin yanvarında baş tutub.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti